Azərbaycan millisinin "Nürnberq"də çıxış edən futbolçusu Mahir Emrelinin Almaniya 2-ci Bundesliqasının IX turunda “Qröyter Fürt”ə vurduğu qol klubu tərəfindən cari mövsümün ilk yarısının ən yaxşısı seçilib.
Prosport.Az əbər verir ki, 27 yaşlı hücumçunun qolu “Top-10"da ilk yerə layiq görülüb.
Forvardın XI turda “Hamburq”un qapısından keçirdiyi dəqiq zərbə isə siyahıda 9-cu sırada yer alıb.
Qeyd edək ki, Mahir Emreli cari mövsüm qoşulduğu “Nürnberq”də 4 qol vurub.

