“Səbail”in qış hazırlıq planı bəlli olub.
Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisi mövsümün 2-ci yarısının hazırlığına yanvarın 3-də başlayacaq. Təlim-məşq toplanışı “ASCO Arena”da baş tutacaq.
“Səbail” hazırlıq çərçivəsində “Araz-Naxçıvan”la yoxlama oyunu keçirəcək. Matç yanvarın 11-də baş tutacaq. Görüşün məkanı və saatı hələ dəqiqləşməyib.

