"Sumqayıt" klubunun qış hazırlıq planında dəyişiklik olub.
Prosport.Az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi toplanışa yanvarın 5-dən etibarən start verəcək.
Vaqif Cavadovun rəhbərlik etdiyi komanda hazırlıq prosesini Sumqayıtda keçəcək. Komanda yoxlama görüşündə "Araz-Naxçıvan"la üz-üzə gələcək.
Qarşılaşma yanvarın 9-da saat 15:00-da "Kapital Bank Arena"da baş tutacaq.

