“Zirə” yeni futbolçu ilə anlaşıb.
Prosport.Az xəbər verir ki, klub Məqsəd İsayevi heyətinə qatıb. 28 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Məqsəd İsayev daha əvvəl “Neftçi”, "Keşlə" (indiki “Şamaxı”), “Sabah”, “Səbail” və “Qəbələ”nin şərəfini qoruyub.

