Mehdi Cənnətov və Murad Xaçayev "Sumqayıt”ın heyətində Misli Premyer Liqasının ilk iki dövrəsində əvəz edilmədən meydanda olublar.
Prosport.Az xəbər verir ki, Cənnətov qış fasiləsinə qədər meydana çıxdığı 18 qarşılaşmanın 5-də qapısını toxunulmaz saxlamağı bacarıb.
Xaçayev isə cari mövsüm keçirdiyi 18 matçda əvəz olunmamaqla yanaşı, Misli Premyer Liqasında ardıcıl 64 oyunda 90 dəqiqə meydanda qalıb. Bu qarşılaşmaların 10-u 2022/2023 mövsümünə, 36-sı isə ötən mövsümə təsadüf edir.

