Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi Türkiyə I Liqa təmsilçisi "Ankaragücü"nün yeni baş məşqçisi müəyyənləşib.
Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisini bundan sonra Kemal Özdeş çalışdıracaq. Yerli mütəxəssislə 1,5 illik müqavilə imzalanıb.
O, son olaraq 2023-cü ildə "Kasımpaşa"da baş məşqçi funksiyasını yerinə yetirib. 54 yaşlı çalışdırıcı bu postda Kenan Koçakı əvəzləyib.
Qeyd edək ki, "Ankaragücü" I Liqada 23 xalla səkkizinci sırada yer alıb.

