I Liqada çıxış edən “Mingəçevir” klubunun 8 futbolçusu saxlanılıb.
Prosport.Az publika.az-a istinadən xəbər verir ki, komandada ötən gün klubdaxili iclas çağrılıb.
Futbolçular elə iclas zamanı həbs edilib. Böyük ehtimalla, onların hər biri danışılmış oyunlarda şübhəli bilinir.
Qeyd edək ki, hadisədən 1 gün öncə komandanın baş məşqçisi Ədəhim Niftəliyev istefaya göndərilib.
Artıq xəbəri AFFA da təsdiqləyib. Qurumun mətbuat katibi Elnur Məmmədli sportinfo.az-a açıqlamasında məsələdən xəbərdar olduqlarını bildirib.
Əlavə edək ki, “Mingəçevir” I Liqanın 11 turundan sonra 6 xalla sonuncu – 10-cu sırada qərarlaşıb.

