"Neftçi"nin daha bir futbolçusuna "Şamaxı"dan yeni təklif gəlib.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, Ayxan Abbasov Ağadadaş Salyanski ilə yanaşı, Yeqor Boqomolskini də əyalət klubuna aparmaq niyyətindədir.
Baş məşqçinin tapşırıqlarını yerinə yetirən rəhbərlik növbəti dəfə "ağ-qaralar"a müraciət ünvanlayıb. "Şirlər" belaruslu hücumçunu icarəyə götürmək fikri ilə paytaxt təmsilçisinin qapısını döyüb.
Bakılılar hələlik qarşı tərəfin xahişinə reaksiya verməyib. Samir Abasovu gözləyirlər. Klub çalışdırıcının "qara siyahı"sı ilə tanış olandan sonra konkret addımlar atacaq.

