Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qəbələ"nin rəqibini yaxından tanıyaq
    22.06.2023 00:51:59

    Bu gün UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsinin püşkü atılıb.

    Prosport.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərindəki tədbirdə “Qəbələ”nin 2023-2024-cü illər mövsümündəki ilk rəqibi müəyyənləşib. Ardıcıl ikinci mövsüm bu turnirdə mübarizə aparacaq “qırmızı-qaralar” Kiprin “Omoniya” klubu ilə üz-üzə gələcək.

    Nikosiya şəhərini təmsil edən komandanın əsası 1948-ci ildə qoyulub. 75 yaşlı klub ev oyunlarını 22 min 859 tamaşaçı tutan “GSP Stadium”da keçirir.

    “Omoniya” Kiprin ən titullu klublarından biridir. Nikosiya təmsilçisi 21 dəfə ölkə çempionu olub və 16 dəfə kuboku qazanıb. “Ağ-yaşıllar” Superkuboku rekord sayda – 17 dəfə əldə edib.

    “Qəbələ”nin rəqibi Kipr çempionatının yüksək liqasını heç vaxt tərk etməyən üç klubdan biridir. “Omoniya”nın hesabında üç tripl (çempionluq, kubok, Superkubok) və beş dubl (çempionluq, kubok) var. Sonuncu dəfə 2020/21 mövsümündə qızıl medal qazanan “Omoniya” son iki ildə Kipr kubokuna sahib çıxıb.

    Komandanın avrokuboklardakı debütü 1965/66 mövsümünə təsadüf edib. Uzun illər nikosiyalılar uğura həsrət qalıb, ən yaxşı halda bir mərhələ adlayıb. Lakin son illərdə “Omoniya” azarkeşlərini Avropada da sevindirməyə nail olub. Son üç ildə komanda iki dəfə Avropa Liqası, bir dəfə Konfrans Liqasında qrup mərhələsinə qədər irəliləyib. Nikosiyalılar Azərbaycan klubları ilə də görüşüb. “Omoniya” iki il əvvəl Konfrans Liqasının qrupunda “Qarabağ”la görüşlərdə bir xal əldə edib – 1:4, 2:2.

    2023-cü ilin fevralından Sofronis Avqustinin çalışdırdığı “Omoniya” ötən mövsüm ölkə çempionatında 6-cı yeri tutub. Kubokun finalında isə AEL üzərində 1:0 hesablı qələbə qazanıb.

    Xatırladaq ki, “Qəbələ” və “Omoniya” arasında ilk oyun iyulun 27-də Qəbələdə, cavab görüşü avqustun 3-də Kiprdə keçiriləcək.

    Futbol

    Premyer Liqamızın keçmiş bombardiri "Neftçi"də işə başladı

    26.11.2026 21:21:24
    Futbol

    "Səbail"in prezidenti ”Sabah”ı da aldatdı - 20 minlik borc

    26.11.2026 20:38:05
    Futbol

    "Qarabağ"dan xanım azarkeşlərinə jest - Biletlər pulsuz olacaq

    26.11.2026 20:22:04
    Futbol

    "Sabah" bu münasibətlə Valdas Dambrauskası təbrik etdi

    26.11.2026 19:19:11
    Futbol

    “Şahdağ Qusar" 1-ci dövrənin qalibi oldu - Turnir cədvəli

    26.11.2026 18:37:57
    Futbol

    "Sabah" rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verdi

    26.11.2026 17:45:30
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Tərtər "Gənclər paytaxtı", Masallı isə "İdman paytaxtı" seçildi

    26.11.2026 22:16:20

    Azərbaycan taekvondoçusu Qran-pri finalında

    26.11.2026 21:46:34

    Premyer Liqamızın keçmiş bombardiri "Neftçi"də işə başladı

    26.11.2026 21:21:24

    Azərbaycan Kubokunun qalibləri müəyyənləşdi

    26.11.2026 20:52:49

    "Səbail"in prezidenti ”Sabah”ı da aldatdı - 20 minlik borc

    26.11.2026 20:38:05

    "Qarabağ"dan xanım azarkeşlərinə jest - Biletlər pulsuz olacaq

    26.11.2026 20:22:04

    "DH Volley" ilk oyunda Polşa klubuna məğlub oldu

    26.11.2026 19:49:34

    "Sabah" bu münasibətlə Valdas Dambrauskası təbrik etdi

    26.11.2026 19:19:11

    “Şahdağ Qusar" 1-ci dövrənin qalibi oldu - Turnir cədvəli

    26.11.2026 18:37:57

    Dünya çempionatında uğur qazanan veteran güləşçilərlə görüş

    26.11.2026 18:10:57

    "Sabah" rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verdi

    26.11.2026 17:45:30

    Azarkeş rekordu: "Sabah" - "Barselona" oyunu ilk "3-lük"də

    26.11.2026 17:14:52

    Bakıda zədələnən futbolçu uzun müddət oynamaya bilər

    26.11.2026 16:47:34

    Millimiz seçmə mərhələyə böyükhesablı məğlubiyyətlə başladı

    26.11.2026 16:16:29

    Premyer Liqa: Mərkəzi oyunlar FIFA referilərinə tapşırıldı

    26.11.2026 15:43:51
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved