Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Avropa Oyunları
    Avropa Oyunları rəsmi olaraq başlayır – BİLİB BİLMƏDİKLƏRİMİZ
    21.06.2023 21:24:09

    Bu gün Bakı vaxtı ilə saat 22:30-da Polşanın Krakuf şəhərində III Avropa Oyunlarının açılış mərasimi keçiriləcək.

    Prosport.Az ilk dəfə 2015-ci ildə Azərbaycanda, 2-ci dəfə 2019-cu ildə Belarusda keçirilmiş Avropa Oyunlarının builki proqramı haqda məlumatı təqdim edir.

    Əvvəl ondan başlayaq ki, yarışın rəsmi olaraq Polşanın Krakuf şəhəri və Mavopolska (Kiçik Polşa) regionunda keçirildiyi bildirilir. Əslində isə Sileziya regionunda yerləşən Byelsko-Byava, Xojuf, Vrotsvaf şəhərləri, Subkarpatya regionundakı Jeşuf şəhəri də ev sahibliyi edir. Mavopolska bölgəsində olan şəhərlərdən Kjeşovitse, Krınitsa-Zdroy, Novı Sonç, Oşfyentsim, Tarnuf, Zakopane, Novı Tarq və Mışlenitsedə də bəzi yarışlar keçiriləcək.    

    26 idman növü yarışda təmsil olunacaq. Bunlar 3x3 basketbol, kamandan oxatma, üzgüçülük (sinxron üzgüçülük və suya tullanma), atletika, badminton, çimərlik həndbolu, çimərlik futbolu, boks, breyk dans, kanoe (slalom və sprint), velosiped idmanı (BMX sərbəst və dağ velosiped yarışı), qılıncoynatma, cüdo, karate, kikboksinq, müasir pentatlon, muaytay, padel tennisi, 7 nəfərə reqbi, atıcılıq, xizəklə tullanma, idman dırmanması, stolüstü tennis, taekvondo, teqbol və triatlondur.

    Həmçinin, dağda qaçış, maşın yarışı, şahmat, ampute futbol, sumo və səmti müəyyənləşdirmə idman növləri müsabiqədən kənar yarışlar kimi qəbul edilib.

    48 ölkənin təxminən 7 min idmançısı bu yarışda mübarizə aparacaq. Ukrayna ilə qonşu olan Polşadakı yarışda Rusiya və Belarus idmançılarının neytral statusda çıxışı belə nəzərdə tutulmayıb. Avropa Olimpiya Komitəsinin qaçqın komandasının 5 üzvü də bu yarışda çıxış edəcək.

    Dünən atletika və çimərlik həndboluna, bu gün isə sinxron üzgüçülük, 3x3 basketbol, kanoenin sprint və velosiped idmanının BMX növündə, eləcə də padeldə yarışlara start verilib. Sabah Azərbaycan ilk medallarını karate və atıcılıq idman növündə qazana bilər. III divizionda atletika komanda yarışlarında çıxış edən Azərbaycan ilk 2 günün nəticəsinə əsasən 129 xalla 12-ci sıradadır.

    Ümumiyyətlə, Azərbaycan yarışda 14 idman növündə 100 idmançı ilə təmsil olunur. Bunlar atletika (14 nəfər, Xojuf), kamandan oxatma (1 nəfər, Krakuf), badminton (4 nəfər, Tarnuf), çimərlik futbolu (12 nəfər, Tarnuf), boks (12 nəfər, Novı Tarq), qılıncoynatma (11 nəfər, Krakuf), cüdo (11 nəfər, Krınitsa-Zdroy), karate (8 nəfər, Byelsko-Byava), muay-tay (4 nəfər, Mışlenitse), kikboksinq (2 nəfər, Mışlenitse), padel (2 nəfər, Krakuf), atıcılıq (10 nəfər, Vrotsvaf), taekvondo (8 nəfər, Krınitsa-Zdroy) və triatlon (1 nəfər, Krakuf) idman növləridir.

    Azərbaycan idmançılarının daha çox uğur qazana biləcəyi güləş, cüdo (fərdi olaraq yoxdur, komanda yarışıdır) və sambo bu turnirdə yoxdur. Bu da Polşanın Rusiyaya görə bu idman növlərini proqrama daxil etməməsi ilə əlaqələndirilə bilər.

    Yarışlar Avropa və Braziliya istisna olmaqla, Latın Amerikası ölkələrində də yayımlanacaq. Ölkəmizdə yayımçı şirkət "CBC Sport"dur.

    Yarışın açılış və bağlanış mərasimi (2 iyul) "Qarabağ"a yaxşı tanış olan Krakuf "Visva"sının Henrik Reyman adına Myeyski stadionunda keçiriləcək. 33 326 tamaşaçı tutumuna malik arenada yarışlardan yalnız reqbi nəzərdə tutulub.

    Hazırladı: Səbuhi Musa 

    Avropa Oyunları

    IV Avropa Oyunlarının İstanbulda keçiriləcəyi təsdiqləndi

    8.06.2024 14:49:19
    Multiidman yarışları

    IV Avropa Oyunlarının ev sahibi bilindi

    27.03.2024 12:49:59
    P.S.

    Bərbad təşkilatçılıq, Polşada gördüklərim – SƏFƏR TƏƏSSÜRATLARI

    10.07.2023 16:56:16
    Digər idman növləri

    Növbəti Avropa Oyunlarının keçiriləcəyi ölkə nə vaxt açıqlanacaq?

    9.07.2023 15:27:53
    Kikboksinq

    "Olimpiadaya kikboksinqin "Full kontakt" növü salına bilər" – Elşən Abdulrəhimov

    2.07.2023 23:47:24
    Avropa Oyunları

    Avropa Oyunları bitdi: Azərbaycan neçənci oldu?

    2.07.2023 23:45:55
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İngiltərə millisi Qananı məğlub edə bilmədi

    24.06.2026 02:11:15

    "Qarabağ" Avstriya toplanışına start verdi - VİDEO

    23.06.2026 23:51:24

    Almaniyalı vinger "Neftçi"nin təklifini qəbul etmədi

    23.06.2026 23:19:02

    Portuqaliya millisi Ronaldunun 2 qol vurduğu oyunda Özbəkistanı darmadağın etdi

    23.06.2026 22:59:39

    Ronaldu 6 dünya çempionatında qol vuran ilk futbolçu oldu

    23.06.2026 22:16:28

    "Zirə"nin Konfrans Liqasındakı rəqibi xal itirdi - VİDEO

    23.06.2026 21:40:05

    Çempion komandadan ayrıldı, I Liqa təmsilçisinə keçdi

    23.06.2026 21:16:32

    Olimpiadada sərbəst güləş üzrə yarış başa çatdı

    23.06.2026 20:52:36

    İnyaki Penya “Barselona”dan ayrıldı

    23.06.2026 20:34:49

    “Vaxt gələcək belə klublarda oynayacağam deyirdim” – Murad Məmmədov

    23.06.2026 19:54:34

    FIFA paraqvaylı jurnalistin akkreditasiyasını ləğv etdi

    23.06.2026 19:45:49

    "Real" bu dəfə məhkəmədə qalib gəldi

    23.06.2026 19:26:40

    Debütant 3 futbolçu ilə vidalaşdı

    23.06.2026 18:43:59

    "Bu 2 rəqəmi birləşdirib "47"ni seçmək qərarına gəldim" - "Pafos"a keçən Murad Məmmədov

    23.06.2026 18:24:12

    Venesuela millisinin hücumçusu "Neftçi"yə təklif edildi

    23.06.2026 17:56:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved