"Neftçi"dən istefaya göndərilən Laurentsiu Reqekampfın klubdan aldığı təzminat bəlli olub.
Prosport.Az Rumıniya KİV-nə istinadən xəbər verir ki, "ağ-qaralar" rumıniyalı mütəxəssislə müqaviləni vaxtından əvvəl pozduğu üçün ona 45 min avro ödəyib.
48 yaşlı çalışdırıcı ilə yanaşı, onun köməkçiləri ilə də yollar ayrılıb.
Qeyd edək ki, Laurentsiu Reqekampfın "Neftçi" ilə 2024-cü ilin yayınadək müqaviləsi var idi. O, cari mövsüm heç bir titul qazana bilmədiyi üçün klubdan göndərilib.

