"Qəbələ" ilə yollarını ayıran Ramon Maşadunun karyerasını harada davam etdirəcəyi məlum olub.
Prosport.Az xəbər verir ki, braziliyalı futbolçu karyerasını Malayziyada davam etdirəcək. O, bu ölkənin "Sabah" klubu ilə müqavilə bağlayıb. Sözləşmənin detalları açıqlanmayıb.
Qeyd edək ki, 32 yaşlı yarımmüdafiəçi ötən mövsümdə “Qəbələ”nin heyətində keçirdiyi 37 oyunda 10 qol vurub. O, “qırmızı-qaralar"da Azərbaycan kubokunun qalibi adını qazanıb. Ramon Maşadu ölkəmizdə "Neftçi"də də çıxış edib.

