"Sumqayıt" yeni transfer həyata keçirib.
Prosport.Az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, klub son olaraq “Qəbələ”də çıxış etmiş Rövlan Muradovla 2 illik müqavilə imzalayıb.
Rövlan Muradov peşəkar karyerası ərzində yalnız “Qəbələ” klubunun uğurları üçün çalışıb. Yarımmüdafiəçi U-19, U-21 və əsas milli komandalarımıza da cəlb olunub.
Xatırladaq ki, "Sumqayıt" daha əvvəl Mehdi Cənnətov və Orxan Sadıqlı da heyətinə qatıb. Klub futbolçusu Murad Xaçayevlə yeni müqavilə imzalayıb.

