“Zirə” baş məşqçisi Rəşad Sadıqovla müqavilənin müddətini uzadıb.
Prosport.Az xəbər verir ki, bu barədə klubun yaydığı açıqlamada bildirilir. Sadıqovla 2023-cü ilin iyununda başa çatacaq müqavilənin müddəti daha 2 il uzadılıb. Sadıqovla yanaşı, məşqçilər korpusunda yer alan digər mütəxəssislərlə eyni müddətə yeni müqavilə imzalanıb.
Qeyd edək ki, Rəşad Sadıqov 2020-ci ilin iyulundan "Zirə"nin baş məşqçisidir.

