“Neftçi”nin Müşahidə Şurasının qərarı ilə komandanın baş məşqçisi Laurentsiu Reqekampfla yollar ayrılıb.
Prosport.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayınb. Onun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Köməkçi məşqçilər – Viorel Dinu, Nikolay Qriqori, fiziki hazırlıq üzrə məşqçi Boqdan-Kornel Merişanu və qapıçılar üzrə məşqçi Florin Tene də "Neftçi"ni tərk edib.
Qeyd edək ki, baş məşqçi vəzifəsinə hazırda Bakıda olan türkiyəli Sərgən Yalçının təyin olunacağı gözlənilir.

