İtaliyanın "Roma" komandası futbolçusu Brayan Kristante ilə yeni müqavilə imzalayıb.
Prosport.Az xəbər verir ki ,28 yaşlı yarımmüdafiəçi yeni müqaviləyə görə 2027-ci ilədək paytaxt klubunun uğurları üçün tər tökəcək.
Qeyd edək ki, İtaliyalı futbolçu ötən mövsüm bütün turnirlər nəzərə alınmaqla "Roma"da 53 oyunda meydana çıxaraq 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

