Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Linkoln hara, Cəbəllüttariq hara və ya klub kiçik şeytanlara necə döndü? – TARİX
    21.06.2023 12:45:08

    "Qarabağ"ın I təsnifat mərhələsindəki rəqibi olan Cəbəllüttariqin "Linkoln Red İmps" komandasının adının maraqlı tarixçəsi var.

    Prosport.Az bu materialda bu barədə məlumat verir.

    Klub 1976-cı ild Çarlz Polson və Çarlz Hed tərəfindən yaradılıb. Komanda gənc polislərdən qurulub və "Blue Batons" (Mavi dəyənəklər) adlandırılıb və Cəbəllüttariqin IV divizionunda mübarizə aparıb. İndi də komandanın ləqəbi "mavi dəyənəklər"dir. Baxmayaraq ki, klubun rənglərində mavi yoxdur.

    Bəs klub necə oldu ki, İngiltərənin Linkoln şəhərinin adını götürməyə başladı? Məsələ burasındadır ki, klubu bir müddətdən sonra "Şefild Yunayted"in sabiq prezidenti Req Brili maliyyələşdirməyə başladı. O, Çarlz Polsonun dostu idi və Linkoln şəhərinin sakini idi. Dostlar qərarlaşıb klubun adını "Linkoln" qoydular. Lakin bu adda 1884-cü ildən İngiltərədə klub fəaliyyət göstərirdi. Bu səbəbdən də klubun adına Linkoln şəhərinin rəmzi sayılan "İmps" sözü artırılmağa başlandı.

    Bəs "İmps" nədir? Britaniyada "imps" kiçik şeytanlara, şeytan balalarına deyilir. Bu "imps"lərin arxitektur qrotesklərini Linkoln şəhərində – Linkoln Kafedralı və Linkoln Kollecinin binasında görmək mümkündür.

    XIV əsrə aid bir əfsanəyə görə, imp adlı 2 yaramaz məxluq Şeytan tərəfindən yer üzündə pis iş görmək üçün göndərilir. Şimali İngiltərədə qarışıqlığa səbəb olduqdan sonra, onlar Linkoln Kafedralına gəlib, burada masa və stulları sındırıb və yepiskopu yıxıblar. Daha sonra İlahilər kitabından bir mələk çıxıb onlara dayanmağı əmr edəndə impslərdən biri cəsarətli olub mələyə daş atmağa başlayıb, digəri isə qorxaraq qırıq stol və stulların altında gizlənib. Mələk birinci impi daşa çevirib və ikincisinə isə qaçmaq şansı verib. Deyilənə görə, hətta sakit günlərdə də kafedralın ətrafı həmişə küləkli olur. Bunu isə dostunu binanın ətrafında axtaran ikinci implə əlaqələndirirlər. Çox qəribədir ki, indi məhz bu qırmızı imp Linkoln şəhərinin simvolu sayılır.  

    Klub 1984-cü ildə I divizionun qalibi olduqdan sonra elitada çıxış edib və düz 27 dəfə çempion olub, 19 dəfə də kubok qazanıb. Komandanın baş məşqçisi ispan Xavi Munyosdur. Bu səbəbdən komandada 8 İspaniya vətəndaşlığı daşıyan futbolçu var. Komanda 2021/22 mövsümündə UEFA Avropa Konfrans Liqasında qrup mərhələsinə düşməklə Cəbəllüttariq futbolunun tarixinə düşüb. Ötən mövsüm isə həmin turnirin II təsnifat mərhələsində Qazaxıstan "Tobol"una uduzmaqla (0:1, 0:2) avrokubok mübarizəsini dayandırıblar.

    "Linkoln Red İmps" ev oyunlarını "Viktoriya" stadionunda keçirir. 1926-cı ildə ilk dəfə Britaniya hərbçilərinin istifadəsi üçün açılmış stadionun tutumu 2 mindir (digər mənbəyə görə 5 min). Cəbəllüttariq millisi və buranın bütün klubları ev oyunlarını sözügedən arenada keçirir. Bu səbəbdən də stadion süni örtüklüdür.

    Hazırladı: Səbuhi Musa

    Futbol

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12
    Futbol

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47
    Futbol

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04
    Futbol

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59
    Futbol

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47
    Futbol

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Bratislavada medal yağışı

    28.09.2026 23:45:04

    Millimiz baş məşqçisi jurnalistlərin önünə çıxacaq

    28.09.2026 23:14:12

    II Liqada 4 oyunda 22 qol

    28.09.2026 22:37:47

    Su İdmanı Federasiyası Füzuli sakinləri ilə görüş keçirdi - FOTOLAR

    28.09.2026 22:06:42

    “Turan Tovuz” – “Fənərbağça” oyunundan əldə olunacaq gəlir hara gedəcək?

    28.09.2026 21:17:04

    "Qarabağ" ardıcıl 3-cü dəfə Digər dünya liqalarında

    28.09.2026 20:48:59

    Boksçularımız Çində 10 medal qazandı

    28.09.2026 20:15:54

    Mingəçevir Reqatasının püşkü atıldı - FOTOLAR

    28.09.2026 19:40:16

    SOCAR İtaliya millisinin sponsoru oldu

    28.09.2026 19:16:47

    Millimizin üzvü "Qızıl top"a Kvaratsxeliyanı layiq gördü

    28.09.2026 18:45:08

    "Sumqayıt" ucaboy hücumçu transfer etdi

    28.09.2026 18:11:49

    "1 xal qazandıq, amma..." - Renat Dadaşov

    28.09.2026 17:48:11

    Cüdo yığmamız Sarayevodakı turniri 5 medalla tamamladı

    28.09.2026 17:19:23

    Ulduz futbolçu Toral Bayramovla komanda yoldaşı olur?

    28.09.2026 16:59:44

    Kikboksçularımız dünya çempionatından 16 medalla qayıdır

    28.09.2026 16:18:05
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved