“Neftçi”nin UEFA Avropa Konfrans Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
Prosport.Az xəbər verir ki, Azərbaycan klubu bu gün baş tutacaq püşkatma mərasimində 3 komanda və 2 cütdən birinə rəqib olacaq.
Püşkdə səpələnmişlər səbətində yer alan “Neftçi”nin potensial rəqibləri "Voyvodina” (Serbiya), “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi, “Tirana” (Albaniya) – “Dinamo” (Batumi, Gürcüstan) cütünün qalibi, “Debretsen” (Macarıstan) və ÇSKA-dır (Bolqarıstan).
Qeyd edək ki, Avropa Konfrans Liqasında II mərhələnin oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.

