Azərbaycanlı hakim gənclər arasında Avropa çempionatının final mərhələsinin açılış oyununu idarə edəcək
Prosport.Az xəbər veriri ki, Azərbaycanlı FIFA referisi Əliyar Ağayev futbol üzrə gənclər arasında Avropa çempionatının (U-21) final hissəsinin açılış oyununu idarə etmək hüququ qazanıb.
Bu gün Gürcüstanın paytaxtı Tbilisidəki “Mesxi” stadionunda keçiriləcək Belçika – Niderland oyununu azərbaycanlı hakim idarə edəcək. Bu işdə Ə.Ağayeva Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcək.
Qeyd edək ki, Gürcüstan və Rumıniyanın birgə təşkil etdiyi qitə birinciliyinin final oyunu iyulun 8-də keçiriləcək.

