"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində rəqibi olan Cəbəllüttariqin "Linkoln Red İmps" klubu İspaniyada yoxlama oyunu keçirib.
Prosport.Az-ın xəbərinə görə, Əndəlüsdə keçirilən görüşdə boğaz komandası İraq millisi ilə qarşılaşıb. Görüşdən asiyalılar qalib ayrılıb – 2:1.
27 dəfə Cəbəllüttariq çempionu olmuş "Linkoln"un növbəti rəqibi cümə günü İspaniyanın "Almunyekar Siti" komandası olacaq.

