Minifutbol üzrə millimizin dünya çempionatındakı rəqibləri bilinib.
Prosport.Az xəbər verir ki, bu gün Birşəlmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib.
Çempionluq uğrunda mübarizə aparacaq 32 komanda 8 qrupa bölünüb. Mundiala Avropa çempionu kimi qatılacaq Azərbaycan komandası G qrupunda Tunis, Misir və İraq yığmaları ilə oynayacaq.
Qeyd edək ki, minifutbol üzrə dünya çempionatı 26 oktyabr – 4 noyabr tarixlərində BƏƏ-nin Ras Əl-Xayma şəhərində təşkil olunacaq.

