Leonardo Bonuççi "Yuventus"u tərk etmək qərarına gəlib.
Prosport.Az xəbər verir ki, İtaliya mətbuatında yayılan məlumatlara görə Bonuççi daimi əsas heyət üzvü ola biləcəyi bir komandaya keçmək istəyir.
Qeyd edək ki, 36 yaşlı müdafiəçinin "Yuventus"la müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

