Bir neçə gündür "Neftçi" ilə danışıqlar aparan Sərgən Yalçın Bakıya gəlir.
Prosport.Az xəbər verir ki, bu barədə türkiyəli idman yazarı Levent Ümit Ərol məlumat yayıb. O, paylaşımında 50 yaşlı mütəxəssisin təyyarəyə minərək Bakıya yola düşdüyünü bildirib.
Ümit Ərol Sərgən Yalçının təyyarədə olduğu fotosunu belə paylaşıb.
Qeyd edək ki, Sərgən Yalçın Bakıya kiçikhəcmli xüsusi təyyarə ilə gəlir.

