"Qəbələ” futbolçusu Rövlan Muradovla yolları ayırıb.
Prosport.Az xəbər verir ki, onunla başa çatan müqavilənin müddəti yenilənməyib.
“Qəbələ” futbol akademiyasının yetirməsi olan Muradov əsas komandada keçirdiyi 117 oyunda 12 qol vurub.
Qeyd edək ki, "Qəbələ bundan əvvəl Məqsəd İsayev, Ramon Maçado, Səlahət Ağayev, Andrey Strijakla yolları ayırıb.

