Bu ilin iyununda "Kəpəz"dən ayrılan Adama Nyan 5 aydan sonra özünə yeni klub tapıb.
Prosport.Az xəbər verir ki, malili hücumçu Hindistanda çıxış edəcək.
O bu ölkənin I liqasında mübarizə aparan "Qokulam Kerala"ya keçib. Tərəflər arasında 1,5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 2023-cü ilin oktyabrından 2024-cü ilin iyununa qədər "Kəpəz"də çıxış edən 31 yaşlı hücumçu 20 matçda 6 qol vurub.

