“Neftçi” braziliyalı hücumçusu Andre Şinyaşiki ilə yolları ayırıb.
Prosport.Az xəbər verir ki, 27 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, ötən ilin avqustunda transfer olunmuş, ata tərəfdən yapon, ana tərəfdən italyan olan Andre Şinyaşiki “Neftçi”nin heyətində 38 rəsmi oyun keçirib, 5 qol vurub.

