Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Lion"la oyunu stadiondan izləyə bilməyəcəyəm" – Tahir Gözəl
    26.11.2024 15:49:12

    "Komandamız meydana ardıcıl 2-ci qələbəsini qazanmaq üçün çıxacaq".

    Prosport.Az xəbər verir ki, bunu "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.

    UEFA Avropa Liqasının Liqa mərhələsində qarşılaşacaqları "Lion" (Fransa) ilə oyundan öncə klub rəhbəri qələbə qazanmaq istədiklərini bildirib: “Komandamız təkcə Fransanın deyil, Avropanın adlı-sanlı klublarından hesab olunan “Lion”u qəbul edəcək. Bir çox tanınmış futbolçulara malik rəqibin ulduzları Bakıda qonağımız olacaq. Ötən tur “Budö/Qlimt”ə (Norveç) qalib gələn “Qarabağ” meydana ardıcıl 2-ci qələbəsini qazanmaq üçün çıxacaq. Futbolçularımız Norveçdə olduğu kimi, yenə azarkeşlərimizə sevinc bəxş etmək üçün sonadək və var gücüylə mübarizə aparacaq".

    Tahir Gözəl qarşılaşmanı stadiondan canlı izləyə bilməyəciyini söyləyib: "Təəssüf ki, təxirəsalınmaz işlərlə əlaqədar bu həyəcanı komandamla, azarkeşlərimizlə birlikdə yaşaya bilməyəcəyəm. İşgüzar səfərdə olacağım üçün qarşılaşmanı stadiondan izləyə bilməyəcəyəm. Amma ürəyim hər zaman olduğu kimi, “Qarabağ”la birgə olacaq. Baş məşqçimiz Qurban Qurbanova, futbolçularımıza, bütün komandaya inanıram. Onların sonadək meydanda döyüşəcəklərinə əminəm. Komandama bu vacib qarşılaşmada uğurlar arzulayıram. İnanıram ki, azarkeşlərimiz Tofiq Bəhramov adına Respublika stadionunu dolduracaq və arenadan sevinclə ayrılacaq. Hədəfimiz növbəti mərhələyə yüksəlməkdir. Qarşıda 4 oyunumuz var. Bunlardan 1-cisi “Lion”a qarşı olacaq. İnanıram ki, bu turda da qələbə qazanıb növbəti mərhələyə adlamaq üçün daha bir addım atacağıq”.

    Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Lion” görüşü saat 21:45-də başlayacaq.

    Futbol

    "Neftçi"də istirahət başa çatdı

    24.09.2026 23:15:16
    Futbol

    "Sabah"ın legioneri ehtiyatda qaldı, komandası İranı məğlub etdi

    24.09.2026 22:52:10
    Futbol

    "Zirə"nin legioneri əməliyyat olundu, 3-4 ay oynamayacaq

    24.09.2026 22:12:35
    Futbol

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51
    Futbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58
    Futbol

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    17 yaşında dünya rekordunu yenilədi

    24.09.2026 23:42:15

    "Neftçi"də istirahət başa çatdı

    24.09.2026 23:15:16

    "Sabah"ın legioneri ehtiyatda qaldı, komandası İranı məğlub etdi

    24.09.2026 22:52:10

    "Zirə"nin legioneri əməliyyat olundu, 3-4 ay oynamayacaq

    24.09.2026 22:12:35

    Bir boksçumuz Avropa çempionu oldu, digəri finala yüksəldi

    24.09.2026 21:45:19

    Şahmat Olimpiadası: Şahmat yığmalarımızdan heç-heçə

    24.09.2026 21:17:24

    Türkdilli Ölkələrin Şahmat Akademiyası yaradılacaq

    24.09.2026 20:48:42

    Amil Həmzəyev yenidən "Naxçıvan" BK-da

    24.09.2026 20:13:21

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51

    "Biz yalnız qələbəyə köklənirik" - "Neftçi"nin icraçı direktoru

    24.09.2026 19:00:41

    Millimizin məşqçisi həm də klubda işləyəcək

    24.09.2026 18:31:09

    Daha bir boksçumuz yarımfinalda uduzub, "bürünc"lə kifayətləndi

    24.09.2026 18:02:41

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46

    Dünya Seriyasının final mərhələsi üçün heyət bilindi - ADLAR

    24.09.2026 16:48:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved