“Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Prosport.Az xəbər verir ki, “köhlən atlar” startda Cəbəllütariq klubu “Linkoln”la üz-üzə gələcək.
Azərbaycan çempionu püşkə əsasən ilk oyununu 11/12 iyulda səfərdə, cavab görüşünü isə 18/19 iyulda evdə keçirəcək.

