Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Bir də gördünüz, avrokuboklarda çıxış edirik" - Vaqif Cavadov
    24.11.2024 23:28:31

    "Sumqayıtı təbrik edirəm. Bizim bu gün 75 illiyimizdir. Şəhərimiz günü-gündən gözəlləşir, inkişaf edir. Klub olaraq da istəyirik ki, inkişaf edək. Bugünkü gözəl qələbəni şəhərimizə hədiyyə edirik. Necə gözəl şəhərimiz varsa, elə də gözəl qələbəmiz oldu. Vacib üç xal qazandıq. Yaxşı komandaya qarşı mübarizə apardıq. Oyun da bunu göstərdi. Hər iki hissədə "Sumqayıt" daha üstün idi. Futbolçularım yaxşı oynadı. Onları təbrik edirəm".

    Prosport.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadov Misli Premyer Liqasının XIV turunun "Şamaxı" ilə matçından (2:1) sonra keçirilmiş mətbuat konfransında deyib.

    O, jurnalistlərin suallarını da cavablandırıb.

    - Son dörd oyunda üç qələbə qazanmısınız. Uğursuzluq zolağından tamamilə çıxdığınızı deyə bilərik?

    - Deməzdim. Hər oyun çətindir. Son oyunlarda qalib gəlmişik. Bəlkə bəziləri deyə bilər ki, "Sumqayıt" rahatlaşıb. Elə şey yoxdur. Hər matçda istədiyimiz oyunu nümayiş etdirərək, şəhərimizin layiq olduğu qələbələri qazanmaq istəyirik. Hər oyun bizim üçün çox önəmlidir.

    - Avrokuboklar uğrunda mübarizədə özünüzə şans görürsünüz, yoxsa gecdir?

    - Üç oyunda qələbə qazanmışıq və indi artıq avrokubokları düşünmək... Hər bir klub bunu istəyir. Biz də həmçinin. Hər matçda bugünkü kimi mübarizə aparsaq, bir də gördünüz ki, klubumuz avrokuboklarda çıxış edir.

    - Daha çox azarkeşin olacağı gözlənilirdi, amma bu cür olmadı. Sizcə, bu nə ilə bağlı idi?

    - Bəlkə də bazar günüdür, oyun da axşam saatlarında idi deyə belə alındı. Sabah məktəb də var. Azarkeşlərə ehtiyacımız var. Onlar da gəlsin, dəstək olsunlar, bizə köməklik göstərsinlər. Gələnlərə də təşəkkür edirəm. Gəlməyənlərin də, bilirəm ki, ürəkləri bizimlədir.

    - Rəhim Sadıqovu məhsuldarlıq baxımından geri qaytarmaq mümkün olacaq?

    - Son oyunlar onu göstərir ki, Rəhim meydançada başqa cürdür. Yavaş-yavaş özünü doğruldacaq. Komandanın əsas oyunçularından biridir. Biz ona güvənirik. İnanırıq ki, növbəti oyunda daha yaxşı formada olacaq.

    - Bəzi baş məşqçilər milli komandamız haqda danışmaq istəmir. Siz millimizin durumu haqda nə düşünürsünüz?

    - Hamımızın millisidir. Millidə oynayanda da, indi də deyirəm ki, pis və ya yaxşı, bizim millidir. Tənqidlər olmalıdır, amma təhqirlərə keçməli deyilik. Veteranlar, futbolçular, məşqçilər, media işçiləri, hamımız birlikdə nə lazımdırsa ortaq məxrəcə gəlməliyik və millimizi qələbələrə aparmalıyıq.

    Futbol

    "Neftçi"də istirahət başa çatdı

    24.09.2026 23:15:16
    Futbol

    "Sabah"ın legioneri ehtiyatda qaldı, komandası İranı məğlub etdi

    24.09.2026 22:52:10
    Futbol

    "Zirə"nin legioneri əməliyyat olundu, 3-4 ay oynamayacaq

    24.09.2026 22:12:35
    Futbol

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51
    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58
    Futbol

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    17 yaşında dünya rekordunu yenilədi

    24.09.2026 23:42:15

    "Neftçi"də istirahət başa çatdı

    24.09.2026 23:15:16

    "Sabah"ın legioneri ehtiyatda qaldı, komandası İranı məğlub etdi

    24.09.2026 22:52:10

    "Zirə"nin legioneri əməliyyat olundu, 3-4 ay oynamayacaq

    24.09.2026 22:12:35

    Bir boksçumuz Avropa çempionu oldu, digəri finala yüksəldi

    24.09.2026 21:45:19

    Şahmat Olimpiadası: Şahmat yığmalarımızdan heç-heçə

    24.09.2026 21:17:24

    Türkdilli Ölkələrin Şahmat Akademiyası yaradılacaq

    24.09.2026 20:48:42

    Amil Həmzəyev yenidən "Naxçıvan" BK-da

    24.09.2026 20:13:21

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51

    "Biz yalnız qələbəyə köklənirik" - "Neftçi"nin icraçı direktoru

    24.09.2026 19:00:41

    Millimizin məşqçisi həm də klubda işləyəcək

    24.09.2026 18:31:09

    Daha bir boksçumuz yarımfinalda uduzub, "bürünc"lə kifayətləndi

    24.09.2026 18:02:41

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46

    Dünya Seriyasının final mərhələsi üçün heyət bilindi - ADLAR

    24.09.2026 16:48:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved