Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "İstəmərəm ki, futbolçum millidən suyu süzülmüş qayıtsın" – Samir Abasov
    23.11.2024 22:22:05

    "Neftçi" Misli Premyer Liqasının XIV turunda doğma meydanda "Zirə"yə 2:1 hesabı ilə qalib gəlib.

    Prosport.Az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Futbolçularımı təbrik edirəm. Oyundan yaxşı əhval-ruhiyyə ilə çıxırıq. Ciddi və yaxşı rəqibə qarşı oynadıq. Oyunun içində də bizə əziyyət verdilər. Qələbələrə elə ehtiyacımız var ki, çox sevindik.

    – Milli komanda neçə gündür ki, müzakirə olunur. Qapıda Mehdi Cənnətov yox, Rza Cəfərovun dayanması çox müzakirə edildi. Son məğlubiyyətdən sonra Fernandu Santuşun əvəz olumması ilə bağlı fikirlər səsləndirilir. Bu haqda fikirləriniz necədir?
    – İsveçlə görüşdə Rza Cəfərov start heyətində idi. Məğlubiyyətə görə çox üzüldük. Bir neçə il bundan qabaq mən də millinin üzvü olmuşam. Belə məğlubiyyətlər bizim də başımıza gəlib. Nə yaşamışamsa, aşağı-yuxarı bilirəm ki, o futbolçular nə çəkir. Bu, bizim millidir. Hamımız səmimi qəlbdən üzüləcəyik. Qalib gələndə səmimi olaraq sevinəcəyik. Belə olmalıdır. İstəmərəm ki, millidən qayıdan futbolçum suyu süzülmüş halda gəlsin. Xalqımız adına da üzücüdür. Keçmiş olsun. Futbolçulara uğurlar arzulayıram. İnanıram ki, yaxşı işlər görüləcək. Bir baş məşqçi digər baş məşqçi haqda necə danışmalıdır? Bu gün həmin məşqçini millimizə gətiriblərsə, müqavilə imzalayıblarsa... Küçədən gələn məşqçi də deyil, Avropa çempionudur. Namizədləri gözdən keçirsəydik, Fernandu Santuşun adını 1-ci deyərdik. Ən azından təcrübəsinə görə. Məşqçi haqda danışmaq istəmirəm. Etikadan kənardır.

    – Millinin oyunlarından sonra ən çox tənqid olunan Ramil Şeydayev idi. Rza Cəfərov İsveçlə matçdan sonra psixoloji sarsıntı keçirib. Onları oyuna necə köklədiniz?
    – Digərlərində görməyə bilərik. Amma demək olmaz ki, digərləri üzülmədi. Orada olan tərcüməçi Vüqar bizdə işləyir. O da danışır bizə, nə qədər üzülüblər. Kökləmək çox çətin idi. Bu məğlubiyyətdən sonra birə beş işimiz artır. Futboldur. Futbolçunun həyatında belə məğlubiyyətlər olacaq.

    – Növbəti turda "Qarabağ"la oynayacaqsınız. Qələbə "Neftçi"ni yenidən liqaya qaytara bilər?
    – Bu gün çətin işə başlamışıq. Millidən danışırıqsa, belə şeylər bizim də başımıza gələ bilər. Tam formalaşmış komanda deyilik. Adımızı qaytarmaq üçün futbolçular və mən çox işləməliyik. "Qarabağ"la oyun gələn həftədir. Hazırlaşacağıq. Azarkeşlər bizi bu gün necə dəstəklədilərsə, o oyunda da dəstəkləyəcək. Onlar üçün də həmin matç çox vacibdir. Bundan da çətin oyunlar olacaq.

    – Bugünkü qələbədə əsas pay istək idi, yoxsa artıq istədiyiniz oyun sistemini görə bilirsiniz?
    – Faiz dərəcəsi ilə götürsək, istək öndə idi. Futbolçular da bir-birinə motivasiya verirdi. Hansısa oyunu otuzdurmağımızdan danışmaq reallıqdan uzaqdır.  Faiz dərəcəsi ilə götürsək, bəlkə də 10%-dəyik. Daha dinamik, oyuna diqtə edən tərəf olmalıyıq. Bu istək olmasa, işləyə bilməyəcəyik. Qələbənin açarı istək idi. Hansı ki, bu vaxta kimi bunun əziyyətini çəkirdik.

    Futbol

    "Neftçi"də istirahət başa çatdı

    24.09.2026 23:15:16
    Futbol

    "Sabah"ın legioneri ehtiyatda qaldı, komandası İranı məğlub etdi

    24.09.2026 22:52:10
    Futbol

    "Zirə"nin legioneri əməliyyat olundu, 3-4 ay oynamayacaq

    24.09.2026 22:12:35
    Futbol

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51
    Futbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58
    Futbol

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    17 yaşında dünya rekordunu yenilədi

    24.09.2026 23:42:15

    "Neftçi"də istirahət başa çatdı

    24.09.2026 23:15:16

    "Sabah"ın legioneri ehtiyatda qaldı, komandası İranı məğlub etdi

    24.09.2026 22:52:10

    "Zirə"nin legioneri əməliyyat olundu, 3-4 ay oynamayacaq

    24.09.2026 22:12:35

    Bir boksçumuz Avropa çempionu oldu, digəri finala yüksəldi

    24.09.2026 21:45:19

    Şahmat Olimpiadası: Şahmat yığmalarımızdan heç-heçə

    24.09.2026 21:17:24

    Türkdilli Ölkələrin Şahmat Akademiyası yaradılacaq

    24.09.2026 20:48:42

    Amil Həmzəyev yenidən "Naxçıvan" BK-da

    24.09.2026 20:13:21

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51

    "Biz yalnız qələbəyə köklənirik" - "Neftçi"nin icraçı direktoru

    24.09.2026 19:00:41

    Millimizin məşqçisi həm də klubda işləyəcək

    24.09.2026 18:31:09

    Daha bir boksçumuz yarımfinalda uduzub, "bürünc"lə kifayətləndi

    24.09.2026 18:02:41

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46

    Dünya Seriyasının final mərhələsi üçün heyət bilindi - ADLAR

    24.09.2026 16:48:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved