Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "İndi bu mövzunun yeri deyil" – Rəşad Sadıqov
    23.11.2024 22:02:04

    "Zirə" Misli Premyer Liqasının XIV turunda səfərdə "Neftçi"yə 1:2 hesabı ilə məğlub olub.

    Prosport.Az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Maraqlı oyun alındı. Belə oyunlar çox olsa, komandalarımız və futbolçularımız inkişaf edəcək. Hər iki komanda sürətli, dinamik oynamağa çalışırdı. "Neftçi Arena" möhtəşəm stadiondur, ot örtüyü də yaxşıdır. Oyun boyu nəzarət bizdə idi. İlk dəqiqələrdən dominantlığa çalışdıq. 60-70-ci dəqiqələr arası üstünlüyü əldən verdik. Rəqib topa daha çox nəzarət etməyə başladı. Biz də həmlələr hazırlayırdıq. Çatmadıq. O dəqiqələrdə qol buraxdıq. 2-ci hissədə qapımıza 1 zərbə endirildi. Bu il qapımızda yaradılan 3 epizoddan 2-si qol olur. Belə olanda qalib gəlmək çox çətinləşir. Ümumən götürsək, komandamın oyunundan razı qaldım. "Neftçi"ni təbrik edirəm. Meydanda keyfiyyətli futbol var idi.

    – Oyundan sonra azarkeşlər Qismət Alıyevə nələrsə deyirdi. Yəqin ki, qələbəsizlikdən narazı idilər. Sizcə, azarkeşlər haqlıdır?
    – Azarkeşlərimizlə uzun illərdir ki, çiyin-çiyinə yol qət edirik. Mənim dövrümdəki uğurları birlikdə qazanmışıq. Bilmirəm ki, aralarında nə söhbət olub. Azarkeşdir, həmişə iradını bildirə bilər. Yaxşı, çətin günlərimizdə yanımızda olurlar. Bunu normal qarşılayıram.

    – Yaydakı "Zirə" ilə indiki "Zirə" arasında fərq nədir? 
    – Bu sual hər məğlubiyyətdən sonra verilir. Üst-üstə məğlubiyyətlərimiz var. Uduzduğumuz oyunların əksəriyyətində qalib gələ bilərdik. Çox təhlil edirik. Bugünkü oyuna irad bildirə bilmərəm. "Neftçi" kimi komanda ilə səfərdə baxımlı futbol oynadıq. Sadəcə olaraq, yayla müqayisədə hər şey uğursuz alınır. Bizim qol epizodlarımız zamanı uğursuzluqlar olur. Bugünkü ilə keçənilki "Zirə"ni müqayisə etsək, bugünkü "Zirə" daha yaxşıdır, inkişaf etmiş komandadır. Oyunumuzda müəyyən detallar var, onları dəyişdirmək istəyirik. Daha hücumameyilli oyun oynamağa çalışırıq. Keçid etmək asan deyil. İnanıram ki, oyunumuzu oturtsaq, hücumda da daha dəqiq olsaq, xallar toplayacağıq. Sonda da məqsədimizə çata biləcəyik.

    – Qurban Qurbanov bildirib ki, mənə milliyə baş məşqçi gətirilib-gətirilməyəcəyi ilə bağlı sual verməyin. Millinin İsveçə məğlubiyyəti, D Liqasına düşməsi sizi nə qədər təəssüfləndirir? Deyilənə görə, yığmaya yerli mütəxəssis gətirmək istəyirlər...
    – Nəticələrə görə hamımız məyusuq. Fərqi yoxdur ki, baş məşqçi kimdir. Bu haqda ətraflı danışmaq istəmirəm. Millimizə uğurlar arzulayıram. İnanıram ki, gələcəkdə daha yaxşı nəticələr olacaq. Görülən işlərə inanıram, güvənirəm. Futbolumuzu daha yaxşı səviyyəyə çıxaracağıq. İndi yeri deyil. Bu mövzular çox geniş, ətraflı danışılacaq mövzulardır. 

    – Limit məsələsi "Zirə"nin istədiklərini həyata keçirməyə nə qədər mane olur?
    – Son dönəmdə yerli futbolçularla bağlı sıxıntılarımız oldu. Qismət Alıyev 2-3 günlük məşqlə meydana çıxmışdı. Məqsəd İsayev, Rüstəm Əhmədzadəni də itirmişik. Konfrans Liqasında DAK-la matçda 5 yerli ilə oynayırdıq. Çempionatda heyəti elə formalaşdırasan, əvəzetmələri elə edəsən ki, istədiyin keyfiyyəti ala biləsən. Bir çox matçlarda vacib dəqiqələrdə 6 yerli futbolçu ilə oynamışıq. İstədiyin anda hamısını meydana buraxa bilmirsən ki, sonradan əvəzetmələrdə sıxıntı yaşamayasan.

    Futbol

    "Neftçi"də istirahət başa çatdı

    24.09.2026 23:15:16
    Futbol

    "Sabah"ın legioneri ehtiyatda qaldı, komandası İranı məğlub etdi

    24.09.2026 22:52:10
    Futbol

    "Zirə"nin legioneri əməliyyat olundu, 3-4 ay oynamayacaq

    24.09.2026 22:12:35
    Futbol

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51
    Minifutbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58
    Futbol

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    17 yaşında dünya rekordunu yenilədi

    24.09.2026 23:42:15

    "Neftçi"də istirahət başa çatdı

    24.09.2026 23:15:16

    "Sabah"ın legioneri ehtiyatda qaldı, komandası İranı məğlub etdi

    24.09.2026 22:52:10

    "Zirə"nin legioneri əməliyyat olundu, 3-4 ay oynamayacaq

    24.09.2026 22:12:35

    Bir boksçumuz Avropa çempionu oldu, digəri finala yüksəldi

    24.09.2026 21:45:19

    Şahmat Olimpiadası: Şahmat yığmalarımızdan heç-heçə

    24.09.2026 21:17:24

    Türkdilli Ölkələrin Şahmat Akademiyası yaradılacaq

    24.09.2026 20:48:42

    Amil Həmzəyev yenidən "Naxçıvan" BK-da

    24.09.2026 20:13:21

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51

    "Biz yalnız qələbəyə köklənirik" - "Neftçi"nin icraçı direktoru

    24.09.2026 19:00:41

    Millimizin məşqçisi həm də klubda işləyəcək

    24.09.2026 18:31:09

    Daha bir boksçumuz yarımfinalda uduzub, "bürünc"lə kifayətləndi

    24.09.2026 18:02:41

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46

    Dünya Seriyasının final mərhələsi üçün heyət bilindi - ADLAR

    24.09.2026 16:48:21
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved