Avropa Liqasının əsas mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Elfsborq" yoxlama görüşündə qüvvəsini sınayıb.
Prosport.Az xəbər verir ki, İsveç təmsilçisi "Yurqorden"lə üz-üzə gəlib. Qarşılaşma "Elfsborq"un 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Sarı-qaralar"ın qollarını Emil Holten, Maykl Baydu və Lüdviq Rixtner vurub.
Qeyd edək ki, "Qarabağ" Avropa Liqasında "Elfsborq"la dekabrın 13-də səfərdə qarşılaşacaq.

