"Qarabağ"ın futbolçusu Juninyunu transfer etmək istəyən komandalar var.
Prosport.Az sportal.az-a istinadən xəbər verir ki, braziliyalı hücumçunu Fransadan 2 klub istəyir.
Onlardan biri əvvəlcədən də bilindiyi kimi “Tuluza”dır. Juninyunu transfer etmək istəyən digər komanda isə “Lans”dır. Hətta bu klubun skautlarının "sambaçı"nı mövsümün əvvəlindən diqqətdə saxladığı bildirilir. Onlar braziliyalı hücumçunu canlı izləmək üçün Bakıya səfər etməyi də planlaşdırır. Bu isə Avropa Liqasının V turunun "Qarabağ" – "Lion" görüşünə təsadüf edə bilər.
Fransa Liqa 1 təmsilçisi mövsümün sonunda "Qarabağ"a rəsmi təklif göndərəcək.

