“Qarabağ” UEFA Avropa Liqasındakı rəqibi FKSB Rumıniya çempionatında IV turdan təxirə salınmış oyuna çıxıb.
Prosport.Az xəbər verir ki, Buxarest təmsilçisi səfərdə “Botoşani” ilə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
Meydan sahibləri 90+8-ci dəqiqədə qələbə topunu vurublar. FKSB hazırda 16 turdan sonra 24 xalla 6-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, FKSB “Qarabağ”la Avropa Liqasının Liqa mərhələsinin VI turunda, gələn il yanvarın 23-də Bakıda qarşılaşacaq.

