"Kəpəz" klubunun futbolçusu Elmir Tağıyev əməliyyat olunub.
Prosport.Az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçirilən əməliyyat uğurla aparılıb.
Elmir Tağıyevin bərpa müddəti 3 həftə çəkəcək. Futbolçuya əzələ qopması diaqnozu qoyulmuşdu.
Qeyd edək ki, daha əvvəl "Kəpəz"in digər üzvü İlkin Qırtımov isə Bakıda əməliyyat olunub. O da 3 həftə oynaya bilməyəcək.

