Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Göyqurdlar" İsveç rüsvayçılığına dair BƏYANAT yaydı
    21.11.2024 16:15:37

    Azərbaycan millisinin azarkeş qrupu “Göyqurdlar”ın İdarə Heyəti bəyanat yayıb.

    Prosport.Az xəbər verir ki, fanatlar yığmanın uğursuz nəticələrinə narazılığını bildirib və bir sıra tələblər irəli sürüb:

    “Milli komandamızın son rəsmi oyunlardakı qələbəsindən artıq 1 il ötüb (16.11.2023, Azərbaycan 3:0 İsveç). 2 gün əvvəl (19.11.2024) İsveçə qarşı əldə olunan 0:6-lıq rüsvayedici məğlubiyyət sonrası vacib qərarlar almağa məcbur olduq. 0:6-lıq oyuna baxdıqdan sonra oyunçuların meydançada döyüşmədiyini gördük. Bu da o deməkdir ki, onlar artıq arxayanlaşıb və meydanda tam potensiallarını ortaya qoymurlar. Bu arxayınlıq hər kəsin özünə gəlməsi üçün müəyyən tədbirlərin görülməsini labüd qılır. Yaxşı və pis gündə də daim dəstək olmağımıza rəğmən, milli futbolçularımız ve AFFA bəzən etiraz və tələblərimizi qulaq ardına vurdu. Milli komandanın illərdir ki, boş qalan tribunaları yalnız onların işinə yaradı. Heç bir etiraz və təzyiqə məruz qalmadan istədiklərini edib at oynatdılar. Hamısı matç sonrası duşlarını qəbul edərək evlərinə rahat şəkildə getdilər və qeyri-peşəkar komandalara qarşı qazanılmalı olan qələbələr sonrası belə dolğun mükafatlarını aldılar. Ancaq artıq buradayıq, 11-ci sektordakı yerimizi tərk etməyəcəyik. Gedən biz yox, o bayrağa layiq olmayanlar olacaq. Siz qələbələri sıralayana kimi heç kimə rahat yoxdur. Qəzəbimizi də, sevincimizi də sizinlə bölüşəcəyik. Hər məğlubiyyət sonrası meydançadan qaçıb getmək yoxdur, hər kəs ölkənin adını rəzil duruma düşürdüyü hər əmələ görə hesabat verməlidir. Biz bu bayrağı sevirik və bayrağımız eşqinə daim öz tribunamızda olacağıq. Yaxşı gündə də, pis gündə də!".

    Daha sonra fanklubun tələbləri səsləndirilib. Onlar bunlardır:

    Tələblər:
    •⁠ ⁠Dövlət himninin bütün futbolçular tərəfindən ürəkdən oxunması
    •⁠ ⁠Milli komandada qələbə mükafatının UEFA Millətlər Liqasında “D” liqasının (və ya rəqibin) səviyyəsinə uyğun azaldılması
    •⁠ ⁠Uyğunsuz (bacarıqsız) milliləşdirilmiş futbolçuların mərhələləli şəkildə göndərilməsi
    •⁠ ⁠Ürəyində bayraq və vətən sevgisi olmayan futbolçuların qonorar qarşılığında milli komandaya çağrılmaması. Həmin futbolçulardan nə nəticə tələb etmək, nə də onları oyuna görə qınamaq mümkündür.
    •⁠ ⁠Hər məğlubiyyət sonrası meydançanı belə də olmalı imiş kimi tərk etmək adətinə son qoyulmalı, hər kəs oynadığı formanın və millinin haqqını dərk etməlidir. Uğurlu nəticələrə görə mükafat verildiyi kimi, uğursuz nəticəyə görə də oyunçular və məsul şəxslər hesabat verməlidir.

    Futbol

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19
    Futbol

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32
    Futbol

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41
    Futbol

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15
    Futbol

    “Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb

    25.09.2026 19:37:45
    Futbol

    Çempionlar Liqası: "Zirə" 1/4 finalda

    25.09.2026 19:08:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19

    Millimiz Avropa 3-cüsü oldu

    25.09.2026 23:18:19

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32

    Daha bir boksçumuz Avropa çempionu oldu - Sofiyada tarixi uğur

    25.09.2026 22:12:43

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41

    Qadın yığmamızdan qələbə, kişi komandamız da ermənilərlə bacarmadı

    25.09.2026 21:14:13

    “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

    25.09.2026 20:35:23

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15

    “Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb

    25.09.2026 19:37:45

    Çempionlar Liqası: "Zirə" 1/4 finalda

    25.09.2026 19:08:44

    "Sabah" 1500 manatlıq biletləri satışa çıxardı

    25.09.2026 18:50:01

    Azərbaycan Güləş Federasiyası ilə ASA arasında memorandum

    25.09.2026 18:16:50

    Azərbaycan akrobatları dünya çempionatının finalında

    25.09.2026 17:40:55

    Əfsanəvi qapıçı "Qarabağ"dan ayrılan Koxalskini tənqid etdi

    25.09.2026 17:15:10

    Azərbaycan klubundan növbəti transfer

    25.09.2026 16:36:26
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved