İsveç millisinin UEFA Millətlər Liqasında Azərbaycana 4 qol vuran hücumçusu Viktor Dyökereşin həmin matçla bağlı statistikası açıqlanıb.
Prosport.Az xəbər verir ki, "Sportinq"in 26 yaşlı hücumçusu 6:0 hesabı ilə başa çatan matçda bütün girdiyi mübarizələrin hamısında qalib gəlməklə 100%-lik nəticə göstərib.
O, 90 dəqiqə ərzində 60 dəfə topa toxunub, 10 dueldən qalib ayrılıb. 7 dəfə Rza Cəfərovun qoruduğu qapıya zərbə vurub. Bunlardan 4-ü çərçivəyə ünvanlanıb və 4-ü də qolla yekunlaşıb. Buna görə də əlinə düşən imkanlardan istifadə faizi 100% hesablanıb.
Həmçinin, Viktor Dyökereşə qarşı oyun ərzində 5 dəfə cərimə edilib. O, 3 dəfə uğurlu driblinqlə yadda qalıb.

