Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Millimizə 6 qol vuran futbolçu: İngiltərədə "futbol zəkası yoxdur" deyildi, indi 100 milyon qiyməti var
    21.11.2024 13:12:04

    Futbol millimizin UEFA Millətlər Liqasının qrup mərhələsinin son turunda İsveç səfərində 0:6 hesabla darmadağın edilməsində rəqibin hücumçusu Viktor Dyökereş böyük rol oynadı. Portuqaliyanın "Sportinq" klubunda çıxış edən macar əsilli futbolçu 4 qolu Azərbaycana vurmaqla 20 il sonra Zlatan İbrahimoviçin Malta ilə oyunda etdiyi pokeri təkrarladı.

    Ümumiyyətlə, bu, Dyökereşin İsveçin Azərbaycanla keçirdiyi son 4 matçda vurduğu 6-cı qol oldu (bununla da yığmamıza ən çox qol vurmuş futbolçu ünvanına sahib çıxdı – red.). O daha əvvəl – ötən ilin 27 martında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə 0:5 uduzduğumuz matçda 3-cü qolu qapımızdan keçirmişdi. Bu il sentyabrın 5-də Millətlər Liqasında Tofiq Bəhramov adına Respublika stadionunda 1:3 uduzduğumuz görüşdə isə o, 2 məhsuldar ötürmə vermiş və 1 qol (yenə 3-cü qol) vurmuşdu. Millimizə vurduğu 6-cı qol isə onun cari mövsüm bütün turnirlərdə vurduğu 32-ci qol idi.

    Bəs cari Millətlər Liqasının bombardiri də olan Dyökereş kimdir? Prosport.Az onun haqda maraqlı informasiyanı təqdim edir.

    Vaxtı ilə 1,2 milyona satılmışdı, indi transfer qiyməti 100 milyondur

    İsveçdə "Bromapoykarna" klubunun yetirməsini ilk dəfə ingilis skautlar kəşf edir. İsveç çempionatında vurduğu 20 qol onun 2018-ci ilin əvvəlində İngiltərə Premyer Liqa klubu "Brayton"a gəlişinə səbəb olur. Lakin "Brayton"un gənc (U-23) komandasının baş məşqçisi Saymon Rask 20 yaşlı isveçlini dəyərləndirmir: "Viktor fiziki cəhətdən istedadlı idi, amma futbol zəkasına malik deyildi".

    Əvvəlcə Almaniyanın "Zankt Pauli", Uelsin "Suonsi" və İngiltərənin "Koventri" komandalarına icarəyə göndərilir. Daha sonra Çempionşip təmsilçisi olan "Koventri" 2021-ci ilin yanvarında futbolçunu "Brayton"dan gülünc məbləğə – 1,2 milyon avroya transfer edir. Bununla da Viktor Premyer Liqada 1 oyuna çıxmadan "Brayton"u tərk edir.

    Daha bir maraqlı məqam odur ki, Dyökereş "Brayton"u tərk edərkən bu klubun texniki direktoru olan Den Eşvort bu ilin iyulun 1-dən "Mançester Yunayted"in idman direktoru təyin edilib. Və indi Eşvortun çalışdığı klub həmin futbolçunu transfer etmək üçün 100 milyon avrosundan keçməlidir. Taleyin ironiyası bax budur!

    Ötən ilin yayında isə "Mançester Yunayted"in indiki baş məşqçisi, "Sportinq"in sabiq çalışdırıcısı Ruben Amorim onu Portuqaliyaya gətirir. 5 illik müqavilə bağlanılır. "Koventri"yə ödənilən 20 milyon + 4 milyon avro bonus "Sportinq"in tarixinə ən bahalı transfer kimi düşür. Dyökereşə transfer qiyməti (sərbəst qalma qiyməti) kimi isə 100 milyon avro qoyulur. Nəticədə o, ötən mövsüm 29 qolla Portuqaliya çempionatının bombardiri olur. Ötən mövsüm bütün turnirlər daxil olmaqla isə 43 qol vurur!

    Qol sevincinin sirrini hələ də açıqlamır

    Onun qol sevinci zamanı ağzını 2 əli ilə bağlamasının səbəbi hələ də bilinmir. Çoxları bunu amerikalı yazıçı Tomas Harisin yaratdığı killer "qəhrəman"ı Hannibal Lekterə (80-ci illərdən Hannibal haqda filmlər çəkilib – red.) bənzədir. "Koventri"də komanda yoldaşı olmuş Coş Eklz də bunu təsdiqləyir: "Məncə, qeyd etmə filmdəki personaj səbəbiylədir. O, insanları yeyir və Viktor da müdafiəni məhv edir".

    Futbolçu isə bunu hələ açıqlamaq istəmir. Ötən ilin noyabrında İsveçin "Aftonbladet" qəzetinə verdiyi açıqlamasından: "Çoxlu təxminlər var idi... Hannibal, Batman variantları var idi, lakin heç biri düzgün deyildi. Heç kim bu barədə indiyədək yaxınlaşıb soruşmayıb. Bəli, bu bir sirdir. Mən bunu aydınlaşdıra bilərəm, amma bu gün deyil".

    Ötən ilin 18 dekabrında evdə "Portu" üzərində 2:0 hesablı qələbədən sonra "Sport TV"yə verdiyi fləş-müsahibəsində o, qol sevinci ilə bağlı suala belə cavab verdi: "Mənə bu barədə daha tez sual verəcəyini düşündüm. Bir neçə aydır ki, buradayam və heç kim mənə bu sualı vermədi... Çempion olsaq, mövsümdən sonra deyəcəyəm... Problem yoxdur". Lakin komanda çempion olsa da, bunun səbəbini açıqlamır. Bu ilin iyununda İnstaqram hesabında amarikalı komiks qəhrəmanı Beyndən fraza paylaşması Portuqaliya mətbuatının qol sevinci zamanı onu təkrarladığını iddia etməsinə səbəb olur.

    Sevgilisi portuqaliyalı məşhur aktrisadır

    Yeri gəlmişkən, Çempionlar Liqasında "Mançester Siti" ilə matçda 4 qol (4:1) vurması onun dünyanın diqqət mərkəzinə düşməsinə səbəb olur. Həmin matçdan sonra Viktorun bir sirri üzə çıxır. "Totenhem"in isveçli oyunçusu Amanda Nildendən ayrılmış Dyökereşin məşhur portuqaliyalı aktrisa İneş Aqiarla münasibətlərinin olduğu məlum olur. Aktrisa futbolçunu tribunadan dəstəklədiyini "stori"sində yayımlamaqla...

    Valideynləri macar olsa da, milli karyerası üçün doğulduğu İsveçin şərəfini qorumağı üstün tutub. Ola bilsin ki, 2017-ci ildə U-19-ların Gürcüstanda keçirilmiş Avropa çempionatında 3 qolla turnirin müştərək bombardiri adını daşıması da bu seçimdə böyük rol oynayıb. O həmin turnirdə İsveçin keçirdiyi bütün matçlarda qol vurmuşdu. Əgər İsveç Portuqaliya, Çexiya və Gürcüstanın yer aldığı qrupda 1 xalla sonuncu olmasaydı, heç kim şübhə edə bilməz ki, Dyökereşin qolları daha çox olacaqdı. 

    Cari mövsüm Millətlər Liqasında 9 qol + 4 assistlə komandasını B Liqasına yüksəltdi. Bombardir olmaqla isə Erlin Holan (Norveç), Rezvan Marin (Rumıniya), Kriştianu Ronaldu (Portuqaliya) və Benyamin Şeşko (Sloveniya) kimi futbolçuları qabaqladı.

    Uğurunun 3 əsas sirri

    Onun uğurunun sirri kimi 3 əsas element göstərilir: Sürət və driblinq, komanda oyunu nümayiş etdirə bilməsi (müdafiəçiləri özünə çəkmə, məhsuldar ötürmə vermək bacarığına əsasən) və meydanda ağılla oynaması. Amorimin 3-4-2-1 sxemində o, daim cərimə meydançasında hərəkətdə olur, mütəmadi olaraq cinahlara keçir, pressinqdə iştirak edir və komanda yoldaşlarına əla şanslar yaradır.

    Hazırda onu tək "Mançester Yunayted" istəmir. PSJ, "Bayern", "Arsenal", "Çelsi", "Mançester Siti", "Liverpul" da onu heyətində görmək arzusundadır. Düzdür, Ruben Amorim bildirib ki, qış fasiləsində "Sportinq"dən heç kimi yeni komandasına gətirməyəcək. Ancaq yayda hər şey mümkündür.

    2028-ci ilədək Lissabon klubu ilə müqaviləsi olan Viktor Dyökereşin isə transfer qiyməti 100 milyon avrodur ("Transfermarkt"da isə 70 milyon avro göstərilib – red.). Bu, "Mançester Yunayted" üçün ciddi rəqəm olmaqla bərabər, futbolçuya digər top klubların maraq göstərməsi yay transfer pəncərəsi dönəmində "mankunianlar"ın işini çətinləşdirəcək.

    ...Millimizə vurduğu 4-cü qolla 2024-cü ildə onun qollarının sayı 58-ə çatdı (artıq bu mövsüm 4 het-trik edib). Halbuki 2023-cü ildə Kritştianu Ronaldu 54 qol vura bilmişdi. 

    Səbuhi Musa

    Futbol

    "Qarabağ" üçün yeni tərəfdaş: Müqavilə imzalandı - FOTOLAR

    28.07.2026 14:37:15
    Futbol

    "Qurban Qurbanov bu komandanı sıfırdan qurub" - Simeon Slavçev

    28.07.2026 14:10:42
    Futbol

    Zidanın Fransa millisinə təyinatı rəsmiləşdi

    28.07.2026 13:44:17
    Futbol

    Dünya çempionatının ən yaxşı qolu bilindi - VİDEO

    28.07.2026 13:12:36
    Futbol

    MOİK "Qarabağ"la oyundan əvvəl çətin qələbə qazandı

    28.07.2026 12:39:38
    Futbol

    "Neftçi" cavab oyununa da aqressiv başlaya bilər" - Millinin sabiq üzvü

    28.07.2026 12:17:43
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizdən 2-ci qələbə: Bu dəfə Portuqaliya məğlub edildi

    28.07.2026 15:01:09

    "Qarabağ" üçün yeni tərəfdaş: Müqavilə imzalandı - FOTOLAR

    28.07.2026 14:37:15

    "Qurban Qurbanov bu komandanı sıfırdan qurub" - Simeon Slavçev

    28.07.2026 14:10:42

    Zidanın Fransa millisinə təyinatı rəsmiləşdi

    28.07.2026 13:44:17

    Dünya çempionatının ən yaxşı qolu bilindi - VİDEO

    28.07.2026 13:12:36

    MOİK "Qarabağ"la oyundan əvvəl çətin qələbə qazandı

    28.07.2026 12:39:38

    "Neftçi" cavab oyununa da aqressiv başlaya bilər" - Millinin sabiq üzvü

    28.07.2026 12:17:43

    Azərbaycanın Çempionlar Liqasındakı təmsilçisində yeni müqavilə

    28.07.2026 11:58:03

    Türkiyə klubu Marko Yankoviçdən əl çəkmir

    28.07.2026 11:08:04

    "Qarabağ"dan ayrılan futbolçu Belçika klubunda - VİDEO

    28.07.2026 10:45:40

    Çempionlar Liqası: "Sabah" Finlandiyada cavab oyununa çıxır

    28.07.2026 10:00:26

    Yuri Vernidub braziliyalı vingerin üstündən "xətt çəkdi"

    27.07.2026 23:42:38

    İdmançımız Dünya Kubokunun qalibi oldu

    27.07.2026 23:15:37

    "Sabah"a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik" - Miika Nuutinen

    27.07.2026 22:40:28

    "Bakıda elə nəticə əldə etdik ki, cavab oyununda şansımız qalır" - KuPS-un futbolçusu

    27.07.2026 22:19:41
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved