Dekabrda AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Prosport.Az azerisport.com-a istinadən xəbər verir ki, iclasda aşağı yaş qrupları üzrə yığmaların baş məşqçiləri ilə bağlı məsələlər həllini tapacaq.
İddiaya görə, toplantında əsas millinin baş məşqçisi Fernandu Santuşun vəzifəsindən azad edilməsi məsələsinə də baxıla bilər. AFFA rəhbərliyi uğursuz nəticələrə görə bu variantı nəzərdən keçirir və əsas məsələ portuqaliyalı mütəxəssisə ödəniləcək təzminatla bağlıdır.
Qeyd edək ki, 70 yaşlı Santuş AFFA ilə 3+1 illik müqavilə imzalayıb.

