Dünyaca məşhur futbolçu Kriştianu Ronaldu COP29 tədbiri çərçivəsində Bakıya xüsusi dəvət alıb.
Prosport.Az konkret.az-a istinadən xəbər verir ki, tədbirin təşkilatçıları Portuqaliya yığmasının kapitanını paytaxta dəvət etməklə azarkeşlər üçün xüsusi sürpriz etməyi planlaşdırıb.
Lakin Kriştianu Ronaldu vaxt məhdudiyyəti və oyun təqviminin sıx olması səbəbindən Bakıya səfər edə bilməyib.

