İkinci Liqada mübarizə aparan “Şəmkir”in yeni baş məşqçisi müəyyənləşib.
Prosport.Az xəbər verir ki, Vüqar Nadirov bundan sonra “Şəmkir”in uğurları üçün çalışacaq.
Qərb təmsilçisi 37 yaşlı mütəxəssislə 6 ay+1 illik müqavilə imzalayıb.
Vüqar Nadirov son olaraq 2-ci Liqanın digər təmsilçisi “Hypers Guba”nı çalışdırıb.

