“Qarabağ”ın futbolçusu Yassin Benzyanın formasını geyindiyi Əlcəzair yığması Afrika Millətlər Kubokunda növbəti oyuna çıxıb.
Prosport.Az xəbər verir ki, komanda Liberiya ilə qarşılaşıb. Matç əlcəzairlilərin qələbəsiylə başa çatıb – 5:1. Benzya bu görüşdə 84-cü dəqiqədə meydana çıxıb.
Əlcəzair yığması E qrupunu 16 xalla lider bitirib. Komanda növbəti mərhələyə vəsiqə əldə edib.

