Azərbaycanda səfərdə olan türkiyəli tanınmış mütəxəssis Fatih Terim, "Qalatasaray"ın İdarə Heyətinin üzvləri – İbrahim Hatipoğlu və Emin İmanov "Qarabağ" klubunun bazasını ziyarət edib.
Prosport.Az xəbər verir ki, qonaqlar ilk olaraq komandanın məşqini izləyib və baş məşqçi Qurban Qurbanovla görüşüb.
Sonra Azərbaycan çempionunun baş direktoru Əmrah Çəlikəllə görüşən Fatih Terimə və İbrahim Hatipoğluna klubun adından xüsusi hədiyyə təqdim edilib.
Sonda xatirə fotosu çəkilib.

