Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Qarabağ" 10 tanınmış klubla alyans yaratdı
    17.11.2024 10:03:05

    “Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradılıb.

    Prosport.Az xəbər verir ki, yeni qurum COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunub.

    Bununla bağlı Bakıda təşkil olunan “İqlim naminə Futbol” adlı tədbir “Sky sports”un məşhur idman şərhçisi David Qarridonun moderatorluğu ilə baş tutub. Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın Avropa və İslam Həmrəylik Oyunları, “Formula 1” kimi böyük turnirlərə və 2019-cu ildə Avropa Liqasının “Çelsi” və “Arsenal” arasında keçirilən final matçına ev sahibliyi etdiyini, Bakının idman tədbirlərinin mərkəzinə çevrildiyini vurqulayıb. Nazir 4 milyarddan çox izləyiciyə sahib futbolun mühüm iqlim konfransının bir parçası olmasının əhəmiyyətini qeyd edib. COP29-un rəsmisi Yalçın Rəfiyev misilsiz təşəbbüsə rəhbərlik etdiyinə görə “Qarabağ”a, bu təşəbbüsün əhəmiyyətini dərk etdiyinə və dəstək verdiyinə görə Avropa Klublar Assosiasiyasına (ECA) təşəkkür edib.

    “Qarabağ”ın prezidenti Tahir Gözəl isə dünyanın ən nüfuzlu klublarının bu təşəbbüs ətrafında toplaşmasının qürurverici hal olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu təşəbbüs futbolun iqlim dəyişmələrinə qarşı mübarizəsində populyarlığından istifadə etmək məqsədi daşıyır.

    Tədbir iştirakçıları iqlim dəyişikliyi ilə mübarizədə idmanın təsiri haqqında geniş müzakirələr apardıqdan sonra qonaqlar çıxış ediblər. Dünya futbolunda dayanıqlılıq lideri olan “Liverpul” və bu sahədə ön sıralarda yer alan “Udineze”nin nümayəndələri zəngin təcrübələrini digər klublarla bölüşüblər. Tədbirə qatılan klublar dayanıqlılıqla bağlı sınaqdan keçirdikləri unikal layihələr barədə təqdimat edib.

    Ardınca futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradılıb. Yeni qurumda “Qarabağ”la yanaşı, iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlılıq mövzularında böyük təcrübəyə malik 10 klub yer alıb. Bunlar “Liverpul”, “Totenhem” (hər ikisi İngiltərə), “Atletiko”, “Betis” (hər ikisi İspaniya), “Fənərbağça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Portu" (Portuqaliya), “Flamenqu" (Braziliya) və “Malmö” (İsveç) klublarıdır. Alyansın yaradıcıları hesab olunan bu klubların nümayəndələri yeni qurumun təsis edilməsi barədə sənədə imza atıb.

    Futbol

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19
    Futbol

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32
    Futbol

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41
    Futbol

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15
    Futbol

    “Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb

    25.09.2026 19:37:45
    Futbol

    Çempionlar Liqası: "Zirə" 1/4 finalda

    25.09.2026 19:08:44
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Mikels qardaşlarından 2 qol, Mutsinzi 90 dəqiqə oynadı

    25.09.2026 23:38:19

    Millimiz Avropa 3-cüsü oldu

    25.09.2026 23:18:19

    "Mən süni limitlərin əleyhinəyəm" - Rəşad Eyubov

    25.09.2026 22:46:32

    Daha bir boksçumuz Avropa çempionu oldu - Sofiyada tarixi uğur

    25.09.2026 22:12:43

    "Qəbələ" sabiq futbolçusunu geri qaytardı - VİDEO

    25.09.2026 21:39:41

    Qadın yığmamızdan qələbə, kişi komandamız da ermənilərlə bacarmadı

    25.09.2026 21:14:13

    “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

    25.09.2026 20:35:23

    U-21 millimiz Çexiya ilə heç-heçə etdi

    25.09.2026 20:09:15

    “Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb

    25.09.2026 19:37:45

    Çempionlar Liqası: "Zirə" 1/4 finalda

    25.09.2026 19:08:44

    "Sabah" 1500 manatlıq biletləri satışa çıxardı

    25.09.2026 18:50:01

    Azərbaycan Güləş Federasiyası ilə ASA arasında memorandum

    25.09.2026 18:16:50

    Azərbaycan akrobatları dünya çempionatının finalında

    25.09.2026 17:40:55

    Əfsanəvi qapıçı "Qarabağ"dan ayrılan Koxalskini tənqid etdi

    25.09.2026 17:15:10

    Azərbaycan klubundan növbəti transfer

    25.09.2026 16:36:26
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved