Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    Fernandu Santuş Azərbaycana Portuqaliya və Gürcüstan nümunəsini çəkdi
    16.11.2024 21:34:45

    Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Millətlər Liqasının V turunun Estoniya ilə oyunundan (0:0) sonra mətbuat konfransında iştirak edib.

    Prosport.Az xəbər verir ki, o, jurnalistlərin suallarını da cavablandırıb.

    – Niyə qələbə qazana bilmədik?
    – Rəqibin qapıçısı çox yaxşı oyun nümayiş etdirdi. İlk 20 dəqiqə bərabər səviyyədə keçdi. 20-ci dəqiqədən sonra biz oyunu yalnız hücumda keçirdik. Futbolçularım qələbə qazanmaq üçün əllərindən gələni etdi. Sonda lazım olan qolu vura bulmədik. Futbolda belə hallar olur. Oyunçuların yanaşması fərqli idi, sona qədər qələbə qazanmaq istəyirdilər. Məyusuq ki, qalib gələ bilmədik. Rəqib komanda şəklində çox yaxşı müdafiə olundu. Futbolçularıma deyəcəyim bir sözüm yoxdur.

    – D Liqasına yuvarlanmaq sizin üçün faciə sayılacaq?
    – Əlbəttə. D Liqasına düşmək istəmirik. Təəssüf ki, belə oldu. Son oyunlarda komandanın performansı göstərir ki, düzgün yoldayıq. Sonuncu pillədə olmağımız ürəkaçan deyil.

    – 5 oyuna baxsaq, xal itkilərinin səbəbini nədə görürsünüz?
    – Son 3 matçda rəqiblərdən daha yaxşı oynamışıq. Müdafiədəki səhvlərimizdən qollar buraxmışıq. Bu gün isə müdafiə xətti səhvsiz oynadı. Bugünkü matçda çatışmayan qol idi. Əvvəlki oyunlarda isə qol vura bilirdik. Futbolçular əllərindən gələni etdi.

    – Növbəti matçda da qapıda Rza Cəfərovu görəcəyik?
    – Əminliklə deyə bilərəm ki, görə biləcəksiniz.

    – Ramil Şeydayevin əvəzinə meydanda başqa futbolçunu görə bilərik?
    – Bu gün Ramil pis oynadı? Bu sizin fikrinizdir.

    – Qol vura bilməmək problemini necə həll edəcəksiniz?
    – Bu gün Mahir Emreli yox idi, Renat Dadaşov isə zədəlidir. Bu 2 futbolçu milli üçün çox önəmlidir. Musa Qurbanlı neçə vaxtdır ki, oynamırdı. Amma bu gün heç də pis təsir bağışlamadı. Hücum xəttində yaxşı oyunçularımız var. Çox təəssüf ki, hücumameyilli yarımmüdafiəçilər çempionatda oynamır. Klublarda əsasən bu mövqedə legionerlər çıxış edir. Əlimizdə olan materialla işləyəcəyik. Hücumçular üçün vacib amil qol vurmaqdır. Qol vuranda daha da yaxşı oynayırlar.

    – AFFA rəhbəri siz olsaydınız, bu göstərici sizi qane edərdi?
    – Xeyr. Amma mən sırf bunun üçün dəvət edilməmişəm. Fikrimi bundan öncə daha ətraflı ifadə etmişəm. Bura gəlməkdə məqsədim odur ki, AVRO-2028-də çıxış etmək üçün komanda qurum. Belə şərt olmasaydı, bura gəlməzdim. Məni gətiriblər ki, bu layihənin bir hissəsi olum. İnanıram ki, istəyimizə nail olacağıq. 

    – Bədəvi Hüseynovun künc zərbələri zamanı cərimə meydançasına daxil olmamasının səbəbi nə idi?
    – Bu bizim strategiyamızın bir hissəsi idi. Estoniya millisi İsveçlə son matçda 3 oyunçu ilə cərimə meydançasına daxil olub qol vurdu. Bu amili nəzərə alıb belə taktika seçdik.

    – Gələcək üçün nəyə ümid etməliyik?
    – Mən sizə ümid vermirəm. Bura bir layihəni icra etməyə gəlmişəm. Bunun da qaydası var. Məqsədimiz qarşıdakı 4-5 ildə mübariz Azərbaycan millisi qurmaqdır. Eyni zamanda da məqsədimiz oyunçu yetişdirməkdir. Hər dəfə daha yaxşı heyət qurmağa çalışırıq. Milliyə gənc oyunçular dəvət edirik. Dünyada bütün millilər bu yolu gedir. Əgər biz bu yoldan çıxsaq, səhv edərik. Federasiya rəhbərliyi ilə birlikdə, hamılıqla bunun üzərində işləyirik. Başqa yolu legioner futbolçuları milliləşdirməkdir...

    – Biz bu yolu keçmişik, amma nəticə olmayıb...
    – Nəticə verməyibsə, digər yolu keçməliyik. Portuqaliya millisi Avropa çempionu olanda da bizim getdiyimiz yolu seçmişdik. Əvvəllər Avropa çempionatına çıxa bilmirdi, daha sonra çıxdı və sonda çempion oldu. Sizə Gürcüstan millisi haqda nümunə gətirim. 10 il əvvəl bu layihə ilə başlayıblar.

    – Gürcüstanla Azərbaycanın futbolçu potensialını eyni görürsünüz?
    – Azərbaycanda yaxşı oyunçular var. Onlar çox yaxşı texniki keyfiyyətlərə malikdir. Bunu komanda şəklində etməyə çalışmalıyıq. İnanın ki, buna zərrə qədər də şübhəm yoxdur. Başqa yolu seçsək, 1 oyun qələbə qazanacağıq, 1 oyun məğlub olacağıq.

    – Növbəti mövsüm çox güman ki, D Liqasında mübarizə aparacağıq və  San-Marino, Cəbəllüttariq kimi millilərlə oynayacağıq. Belə zəif rəqiblərlə qarşılaşmaq sizin dediyiniz layihənin həyata keçməsi üçün nə dərəcədə fayda verəcək?
    – Millinin oyunları hər ay olmur. Növbəti matçlarımız mart ayında olacaq. Rəqibin zəif və ya güclü olması fərq etmir. Azərbaycan milisi sonuncu dəfə Monqolustana qalib gəlib. Ən azından bu, yadda qələbə kimi qalıb. Qarşıda bizi dünya çempionatını seçmə mərhələsi gözləyir. Orada da güclü rəqiblərlə qarşılaşacağıq.

    – Futbolçularımız legioner həyatı yaşamağa istəkli görünmür. Bu yöndə onlarla söhbətiniz olur? Millimizin üzvlərini Avropa klublarına məsləhət görürsünüz?
    – Əlimdən nə gəlirsə, onu da edəcəyəm. 10 il qabaq Gürcüstan millisinin üzvləri də milli çempionatda çıxış edirdi. Gürcüstan yığması komanda şəklində inkişaf etməyə başladı. Daha güclü çempionatda oynamaq futbolçular üçün çox vacibdir.

    Futbol

    I Liqa: Lider Şamaxıdan 3 xalla qayıtdı

    11.03.2026 23:21:54
    Futbol

    Rəhim Həsənov hakimləri haqlı çıxardı - VİDEO

    11.03.2026 21:17:30
    Futbol

    FIFA millimizin qapıçısına görə Türkiyə klubunun daha 6 xalını sildi

    11.03.2026 18:43:35
    Futbol

    UEFA Kamilo Duranın "Nyukasl"a vurduğu qolu fərqləndirdi - FOTO

    11.03.2026 18:17:03
    Futbol

    AFFA Ramiz Məmmədovun cəzasını yüngülləşdirdi

    11.03.2026 17:55:59
    Futbol

    Qurban Berdiyevin cəzası azaldıldı

    11.03.2026 17:22:35
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Sərbəst güləşçilərimiz Avropa çempionatını 8 medalla tamamladı

    12.03.2026 00:15:47

    Nazir müavini olacağı gözlənilirdi, yenidən baş katib təyin edildi – EKSKLÜZİV

    12.03.2026 00:00:46

    I Liqa: Lider Şamaxıdan 3 xalla qayıtdı

    11.03.2026 23:21:54

    Millimiz Bolqarıstana 80 xal fərqlə uduzdu

    11.03.2026 22:39:08

    Olimpiya çempionu Qazaxda avtoqraf verdi - FOTOLAR + VİDEO

    11.03.2026 22:13:44

    MOK-da yeni komitə yaradıldı, Azər Əliyev sədr təyin olundu

    11.03.2026 21:45:35

    Rəhim Həsənov hakimləri haqlı çıxardı - VİDEO

    11.03.2026 21:17:30

    FIFA millimizin qapıçısına görə Türkiyə klubunun daha 6 xalını sildi

    11.03.2026 18:43:35

    UEFA Kamilo Duranın "Nyukasl"a vurduğu qolu fərqləndirdi - FOTO

    11.03.2026 18:17:03

    AFFA Ramiz Məmmədovun cəzasını yüngülləşdirdi

    11.03.2026 17:55:59

    Qurban Berdiyevin cəzası azaldıldı

    11.03.2026 17:22:35

    AFFA "Sabah"ın şikayətini təmin etmədi

    11.03.2026 16:45:12

    Bakıda keçiriləcək FIFA turnirinin biletləri satışda

    11.03.2026 16:16:09

    Bölgə təmsilçisində ayrılıq - Ölkəsinə qayıtdı

    11.03.2026 15:53:46

    Azərbaycan klubunun prezidenti vəzifəsindən getdi

    11.03.2026 15:11:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved