Estoniya millisinin baş məşqçisi Yürqen Henn Millətlər Liqasının Azərbaycanla oyunundan (0:0) sonra mətbuat konfransına çıxıb.
Prosport.Az-ın Qəbələyə ezam olunmuş əməkdaşı konfransda olan fikirləri diqqətə çatdırır.
– 2 oyunun cəmində Estoniya Azərbaycanı nədə üstələdi?
– Yaxşı sualdır. Bu suala hansı rakursdan baxılmasından asılıdır. Ancaq ümumi baxsaq, hər iki komanda bərabər səviyyəli oyun keçirdi.
– Gənc məşqçisiniz. Hədəfləriniz nədir?
– Milli komandanı müəyyən səviyyəyə çatdırmaq əsas məqsədimdir. Əlbəttə, şəxsi ambisiyalarım da var.
– Bugünku 1 xalı qələbə kimi dəyərləndirirsiniz?
– Turnir cədvəlinə baxdıqda, belə demək olar. Bu oyundan əvvəl də biz turnir cədvəlində öndə idik.
– Qəbələ və onun stadionu haqda nə deyə bilərsiniz?
– Çox şanslısınız ki, belə stadionunuz var. Estoniyada belə stadion hər komandada yoxdur. Stadionun şəraiti əla idi. Qonaqpərvərliyə görə görə Azərbaycana minnətdarlığımı bildirirəm.

