Qəbələ şəhər stadionu ilk dəfə futbol millimizin oyununa ev sahibliyi edəcək.
Prosport.Az-ın xəbərinə görə, Qəbələ yığmamıza "qucaq açan” 7-ci şəhər olacaq. Bunadək millimizin oyunları 3 Azərbaycan şəhərində keçirilib.
Seçmə komandamızın çıxdığı matçlardan 3-ü Gəncədə, 1-i Lənkəranda, 5-i Türkiyənin Trabzon şəhərində olub.
Millimiz daha 2 qarşılaşmaya Albaniya və Xorvatiyada çıxıb. 2020-ci ildə baş tutan Qarabağ müharibəsi səbəbilə Azərbaycan yığmasının ev görüşləri müvafiq olaraq Elbasan və Zapreşiç şəhərlərində təşkil olunub.
Qeyd edək ki, Azərbaycan – Estoniya matçı bu gün saat 18:00-da baş tutacaq.

