Azərbaycan millisinin və "Zirə" klubunun futbolçusu Rüstəm Əhmədzadə zədə səbəbindən bu il meydana çıxa bilməyəcək.
Bu barədə Prosport.Az-a paytaxt təmsilçisindən məlumat verilib.
Bildirilib ki, bud nahiyəsindən zədə alan hücumçu qış fasiləsindən sonra sıraya dönə biləcək. "Qartallar"ın digər oyunçusu Qismət Alıyev isə ayaq biləyindən zədə alıb. Mingəçevir futbol məktəbinin yetirməsi təxminən 10 gündən sonra yaşıl meydanlara qayıdacaq.
Qeyd edək ki, Rüstəm Əhmədzadə “Zirə”nin heyətində zədələndiyi üçün Azərbaycan millisinin heyətindən kənarlaşdırılıb. Onun əvəzinə “Qarabağ”ın hücumçusu Musa Qurbanlı milliyə dəvət alıb.

