Misli Premyer Liqada çalışan baş məşqçilər arasında ən az maaş alanın kimliyi müəyyənləşib.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, bu, “Sumqayıt”da çalışan Vaqif Cavadovdur.
Oktyabrda Samir Abasovun gedişindən sonra bu vəzifəyə gətirilən gənc mütəxəssis 7000 manat əməkhaqqı qarşılığında işləməyə razılaşıb. Cavadov 2024-cü ilin sonunadək bu qədər məvaciblə kifayətlənəcək. Həm gələcəyi, həm də qazanacağı pul onun özündən asılıdır.
Komanda bu müddətdə uğurlu nəticələr əldə edərsə, o, baş məşqçi səlahiyyətlərinin müvəqqəti icraçısı statusundan qurtulacaq və yeni müqavilə imzalanacaq. Belə olan halda, maaşı da nəzərəçarpacaq dərəcədə artırılacaq

