İspaniyanın "Barselona" klubunun prezidenti Xoan Laporta Bakıya gəlir.
Prosport.Az oxu.az-a istinadən xəbər verir ki, Laporta Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak edəcək. Laportanın səfəri sabaha planlaşdırılıb.
Saytımızın əldə etdiyi məlumata görə, onun səfərini də SOCAR-ın sabiq əməkdaşı, iş adamı Adnan Əhmədzadə təşkil edəcək. Çünki bu 2 şəxs dostdur.
Qeyd edək ki, Adnan Əhmədzadə daha əvvəl braziliyalı dünya çempionu Ronaldinyunun Bakıya gəlişini təşkil etmişdi.

